Facebook Pixel Code
Babək
Baxış sayı:
  • Ünvan:
    Babək, AZ6700
Avtobus

Babək rayonu Naxçıvan Muxtar Respublikasının mərkəzi hissəsində yerləşir. Rayon şimaldan Ermənistanla, cənubdan İranla həmsərhəddir. 23 oktyabr 1978-ci ildə Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuş, XI əsrdə Azərbaycanda ərəb xilafətinə qarşı xalq hərəkatına başçılıq etmiş görkəmli sərkərdə Babəkin şərəfinə belə adlandırılmışdır. Ərazisi 760 kvadrat kilometrdır. Rayonda bir şəhər, 2 qəsəbə, 33 kənd vardır. Rayonun şimalı və cənub-şərqində relyef dağlıq, cənubu və cənub-qərbində isə ovalıqdır. Babək rayonu ərazisində daş duzu və tikinti materialları yataqları, Sirab, Vayxır, Qaxab və başqa mineral su bulaqları vardır. Burada yay çox isti, qış isə soyuq keçir. Yanvarda havanın orta temperaturu -3°C-dən -10°C-yə qədər, iyulda isə +28°C-dən +35°C-yə qədər dəyişir. Babək rayonunda Araz, Uzunoba, Nehrəm, Sirab və başqa su anbarları vardır. 

INSTAGRAM
posts
followers
Follow