Facebook Pixel Code
Sabirabad
Baxış sayı:
  • Ünvan:
    Sabirabad, AZ5400
Avtobus

Rayon 1931-ci ildə yaradılmış və ona böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir. 1959-cu ildən Sabirabad şəhəri adlandırılmışdır. Ümumi ərazisi 1469,6 km². Kəndlərin sayı 74. Sabirabadın ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Qaraqaşlı, Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V-II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar.  Cavad orta əsr yaşayış yerini IX-XV əsrlərə, kəndin “Şəhərgah” adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI-XII əsrlərə aid olduğunu sübut edir. Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir.

INSTAGRAM
posts
followers
Follow