Facebook Pixel Code
Goranboy
Baxış sayı:
  • Ünvan:
    Goranboy, AZ2200
Avtobus

Ərazisi 317 km2-dir. Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şatal şəhər – qalası yerləşir. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Rayon ərazisində aşağıda adları çəkilən tarixi və memarlıq abidələri var: Goran stansiyasında 2,5 km şimalda bizim eradan əvvəl I minilliyə aid insan məskənlərinin qalıqları; Goranboy şəhərində 2 km şimal-şərqdə tunc dövrünə aid Qoçtəpə yaşayış yeri; Qızılhacılı qəsəbəsi yaxınlığında orta əsrlərə aid Təpəyazılan məskəni, Balakürd kəndi yaxınlığında VII – VIII əsrlərə aid «Tosal ocağı» adlı abidə; Xangərvənd kəndi yaxınlığında XVIII əsrə aid abidə; Səfikürd kəndində XX əsrin əvvəllərində tikilmiş türbə, qala (XIII əsr) və XIX əsrdə tikilmiş məscid; Rəhimli kəndində XVIII – XIX əsrlərə aid türbə kompleksi, XIX əsrdə ucaldılmış Şatal qalası, XX əsrə aid Mirzə Adıgözəl bəy türbəsi; Qazanbulaq kəndində orta əsrlərə aid türbələr; Kürəkçay kəndində XIX əsrə aid qala, Gülüstan kəndində XII – XVII əsrlərə aid Gülüstan qalası. 

INSTAGRAM
posts
followers
Follow