Molla Bədəl - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 11 km cənub-şərqdə, dəniz səviyyəsindən 845 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 176). Kənddə 1873-cü ildə 300, 1886-cı ildə 313, 1897-ci ildə 360, 1904-cü ildə 335, 1914- cü ildə 355, 1916-cı ildə 252 (415, s. 64-65, 138-139), 1918-ci ilin əvvəlində 335 nəfər (309, s. 219) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, sakinlər tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Kənddə ermənilər və kürdlər yerləşdirilmişdir. Hazırda burada yalnız ermənilər yaşayır. Toponim dini anlayış bildirən "molla" sözü ilə "Bədəl" şəxs adı əsasında yaranmışdır. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Yexeknut" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 72).
Coğrafi koordinatları: 40°05' şm. e., 44°09' ş. u
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/