Facebook Pixel Code
Molla Dursun
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Molla Dursun - İrəvan quberniyasının Eç­miədzİn qəzasında, Üçkilsə (Vağarşabad) rayo­nunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 28 km şimal-şərqdə, Abaran çayının yanında, də­niz səviyyəsindən 940 m hündürlükdə yerlə­şir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (143, s. 162), Qafqazın 5 verstlik xəritəsində (348, s. 177) qeyd edilmiş­dir. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışlar. Türkmənçay müqaviləsindən sonra - 1828-1829-cu illərdə kəndə İranın Səlmas və Türkiyənin Muş vilayətlərindən ermənilər kö­çürülüb yerləşdirilmişdir (416, s. 154). Kənddə 1831-ci ildə 75 nəfər azərbaycanlı, 45 erməni, 1873-cü ildə 124 nəfər azərbaycanlı, 114 erməni, 1886-cı ildə 134 nəfər azərbaycanlı, 146 erməni, 1897-ci ildə 147 nəfər azərbaycanlı, 150 ermə­ni yaşamışdır (415, s. 82-83, 152-153). 1918-ci ilin əvvəlində burada 320 nəfər azərbaycanlı ya­şamışdır (309, s. 218). 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və azərbaycanlılar qırğınlar nəticəsində depor­tasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişlər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 14, 1926-cı ildə 14, 1931-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır (415, s. 82-83, 152-153). 1940-cı illərdə kənddə ya­şayan azərbaycanlılar sıxışdırılaraq deportasi­ya olunmuşlar. Axırıncı azərbaycanlı ailəsi kəndi 1954-cü ildə tərk etmişdir (227, s. 180). Hazırda burada ermənilər yaşayırlar. Kənd Molla Dursun adlı şəxs tərəfindən salındığından onun adı ilə adlandırılmışdır. Kəndin adı 1920-ci ildən sonra dəyişdirilərək "Şaumyan" qoyulmuşdur. "Ermə­nistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanu­na əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 154).

Coğrafi koordinatları: 40°12' şm. e., 44°17' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow