Facebook Pixel Code
Məsimli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Məsimli - İrəvan quberniyasının İrəvan qə­zasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 6 km şərqdə, də­niz səviyyəsindən 850 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Məsumlu" formasında (143, s. 49) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 62, 1873-cü ildə 360, 1886-cı ildə 357, 1897-ci ildə 507, 1908-ci ildə 448, 1914-cü ildə 594, 1916-cı ildə 558 nəfər yalnız azərbay­canlı yaşamışdır (415, s. 48-49,128-129). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələ­rinin soyqırımına məruz qalaraq deportasiya olunmuş, xaricdən köçürülüb gətirilən ermənilər kəndə yerləşdirilmişdir. İndiki Ermənistan ərazi­sində sovet hakimiyyəti qurulandan sonra azər­baycanlılar öz evlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 269, 1926-cı ildə 260, 1931-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). SSRİ Nazirlər Sovetinin «Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR- dən Azərbaycan SSR-in Kür-Araz ovalığına kö­çürülməsi haqqında» 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zor­la Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim "mə­simli" nəsil adı əsasında yaranmışdır. Erm. SSR AS RH-nin 1 dekabr 1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Aygepat" qoyulmuş­dur. "Ermənistan Respublikasının inzibati-əra­zi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 19).

Coğrafi koordinatları: 39°57' şm. e., 44°36' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow