Aşağı Qanlıca - İrəvan quberniyasının Alek- sandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 10 km şimal-qərbdə, Gümrü-Amasiya yolunun 12 kilometrliyində, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Leni- nakan rayonunun tabeliyində olmuşdur. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Qars vilayətinin İncələr kəndindən köçürülmüşdür (416, s. 185). Toponim türk mənşəli "qanlı" etnoniminə (393, s. 42-53) "-ca" şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki "aşağı" sözü fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Vağramaberd" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 185).
Coğrafi koordinatları: 40°51' şm. e., 43°45' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/