Əkərək - İrəvan quberniyasının Aleksandro- pol qəzasında, keçmiş Talın (Talin) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mər¬kəzi Aştarak (Əştərək) şəhərindən 6 km şimal- qərbdə, dəniz səviyyəsindən 1100 m hündür-lükdə yerləşir. Kəndin digər adı Xaraba Əkərək olmuşdur (415, s. 34; 427). Burada 1831-ci ildə 70,1873-cü ildə 301,1886-cı ildə 367,1897-ci ildə 482, 1904-cü ildə 284, 1914-cü ildə 301, 1916-cı ildə 601 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 34—35, 116-117). 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, köklü sakinləri olan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və 1920-ci İldə Türkiyənin Van, Muş, Bitlis, Sasun vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir (416, s. 6-7). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişlər. Burada ermənilərdən başqa, 1922-ci İldə 12 nəfər azərbaycanlı yaşamışdır (415, s. 117). 1924-cü ildə onlar yenidən tarixi torpaqlarından qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim "əkər" türk etnonimi (359,1 (1), s. 97) əsasında əmələ gəlmişdir. Hazırda erməni dilində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Aqarak" kimi yazılır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 6).
Coğrafi koordinatları: 40°20' şm. e., 44°04' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/