Facebook Pixel Code
Əlibəyli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Əlibəyli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayo­nunda, indi Armavir vilayətində kənd. Üçkilsə (Vağarşabad) yaşayış məntəqəsindən 2 km cə­nub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritə­sində qeyd edilmişdir (348, s. 12). Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Kənddə əv­vəlcə azərbaycanlılar yaşamış, ermənilərin 1830-cu ildə bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Ermənilər buraya Tür­kiyənin Van vilayətindən köçürülmüşdür (427, s. 51). Toponim oğuzların ulu yörük tayfasından olan "əlibəyli" etnonimi (238, s. 186) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Atarbekyan" qoyulmuşdur. "Ermənistan Respub­likasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ar­mavir vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 111).

Coğrafi koordinatları: 40°09' şm. e., 44°15' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow