Facebook Pixel Code
Cəbəçili
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Cəbəcəli - İrəvan quberniyasının İrəvan qə­zasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Ar­taşat (Qəmərli) şəhərindən 18 km şimal-qərbdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerlə­şir. Keçmiş Zəngibasar rayonu təşkil edilənədək keçmiş Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (143, s. 160), Qafqazın 5 verstlik xəritəsində (348, s. 78) qeyd edilmişdir. Mənbələrdə kəndin adı "Cəbəçəlli" şəklində də göstərilir (415, s. 50). Kənddə 1831-ci ildə 275, 1873-cü ildə 252, 1886-cı ildə 254,   1897-ci ildə 264, 1904-cü ildə 355, 1914-cü ildə 575, 1918-ci ildə 355, 1919-cu ildə 240 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 50-51, 130-131; 309, s. 216). 1918-1919-cu illərdə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və sakinləri - azərbaycanlılar 1919-cu ildə tamamilə deportasiya olunmuş, Türkiyədən köçürülüb gətirilən ermənilər bu­rada yerləşdirilmişdir. İndiki Ermənistan ərazi­sində sovet hakimiyyəti qurulandan sonra azər­baycanlılardan sağ qalanlar öz kəndlərinə qayı­da bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 101, 1926-cı ildə 115, 1931-ci ildə 131 nəfər azərbaycanlı yaşamışdır (415, s. 50-51, 130- 131). SSRİ hökumətinin xüsusi qərarı ilə azər­baycanlılar 1948-1949-cu illərdə tarixi-etnik tor­paqlarından Azərbaycana deportasiya edilmiş və xaricdən köçürülüb gətirilən ermənilər bu­rada yerləşdirilmişdir. Hazırda orada ermənilər yaşayır. Toponim qapıqulu türk tayfasına mən­sub olan "cəbəçi" nəsil adına (İslam Ensiklope- disi, İstanbul, 1993, cilt 7, s. 182) mənsubluq bil­dirən "-li" şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 27 fevral 1960-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Crahovid" qoyulmuşdur. "Ermənistan Respubli­kasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ara­rat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 170).

Coğrafi koordinatları: 40°02' şm. e., 44°28' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow