Babakişi - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Nairi rayonunda kənd. Nairi rayonu yaradılanadək, 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Hrazdan şəhərindən 34 km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 26) qeyd edilmişdir. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır. Kənddə 1831-ci ildə 72,1873-cü ildə 268,1886-cı ildə 435, 1897-ci ildə 431, 1904-cü ildə 483, 1914-cü ildə 573, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 45, 96-97). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinlər - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və orada Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir (415, s. 97). Ermənilərin buraya 1829-cu ildə Tiflisdən, Türkiyənin Ələşkirt, Muş, Sasun, İranın Xoy və Səlmas vilayətlərindən gəldiyi göstərilir (427, s. 747; 416, s. 49). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kənddə ermənilərlə yanaşı, 1922-ci və 1931-ci illərdə 4 nəfər azərbaycanlı yaşamışdır (415, s. 97). Onlar 30-cu illərin ortalarında sıxışdırılıb kənddən çıxarılmışdır. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponim- dir. Kəndin adı dəyişdirilərək "Bujakan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 49).
Coğrafi koordinatları: 40°27' şm. e., 44°14' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/