Facebook Pixel Code
Ortakilsə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ortakilsə - İrəvan quberniyasının Aleksan- dropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 6 km şimal-qərbdə, dəniz səviyyəsindən 1660 m hündürlükdə yerlə­şir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, er­mənilərin bölgədə məskunlaşdırılmasından son­ra əhali tədricən kəndi tərk etmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuş­dur. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 135), Qafqazın 5 verstlik xəritəsində (348, s. 195) qeyd edilmişdir. Toponim kəndin ərazi­sindəki dini məbəd - kilsə adı əsasında əmələ gəlmişdir. Həmin ərazidə bir neçə kilsə olduğu üçün toponimə fərqləndirici söz kimi "orta" lek­sik vahidi əlavə edilmiş və "Ortakilsə" adlı kənd yaranmışdır. Erm. SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Ma- yisyan" qoyulmuşdur. "Ermənistan Respublika­sının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayəti­nin inzibati ərazisinə daxil edilmişdir (416, s. 132).

Coğrafi koordinatları: 40°51' şm. e., 43°49' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow