Facebook Pixel Code
Kələgarx
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kələkarx (Kələgarx) - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vi­layət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 17 km cənub-qərbdə, Araz çayından axan arxın yanında, dəniz səviyyəsindən 890 m hündürlük­də yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar ya­şamış, ermənilərin bölgədə məskunlaşdırılma- sından sonra əhali kəndi tədricən tərk etmişdir. Toponim Azərbaycan dilinin cənub dialektində "yan tərəfləri daşla hörülmüş ağıl, heyvan salı­nan yer" mənasında işlənən "kələk" sözü ilə (8, s. 256) "arx" sözünün birləşməsindən əmələ gəl­mişdir. Erm. SSR AS RH-nin 1 aprel 1946-cı il ta­rixli qərarı ilə kəndin adı dəyişdirilərək "Şenavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 157).

Coğrafi koordinatları: 40°03' şm. e., 43°56' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow