Facebook Pixel Code
Çotur
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Çotur - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Hamamlı (Spitak) rayo­nunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 24 km şimal-qərbdə, dəniz səviyyəsindən 1770 m hündürlükdə yerləşir. Keçmiş Hamamlı (Spitak) rayonu təşkil edilənə kimi (1937) keçmiş Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermə­nilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə 1828-1829-cu illərdə Türkiyənin Xnıs (Hnıs) və Muş vilayətlərindən köçürülmüşdür (416, s. 176). Toponim türk dilində "uc, kənar" mənasında işlənən "çotur" sözü (359, III (2), s. 20-25) əsasında formalaşmışdır. Erm. SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı ilə kən­din adı dəyişdirilərək "Sarameç" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 176).

Coğrafi koordinatları: 40°46' şm. e., 44°13' ş. u.
 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow