Facebook Pixel Code
Tüskülü
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Tüskülü (Tüstülü) - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayə­tində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhə­rindən 76 km cənub-şərqdə, çay kənarında, də­niz səviyyəsindən 1940 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 249). Kənddə əvvəlcə yalnız azərbay­canlılar yaşamışdır. İrəvan xanlığının Rusiya qo­şunları tərəfindən İşğalından sonra ermənilər bu kənddə də yerləşmişlər. 1873-cü il məlumatına görə, kənddə 241 nəfər azərbaycanlı, 123 er­məni, 1898-ci İldə 196 nəfər azərbaycanlı, 144 erməni, 1914-cü İldə 237 nəfər azərbaycanlı, 217 erməni yaşamışdır (249 a, s. 357). 1918-ci İldə erməni silahlı birləşmələrinin kəndə hücu­mu nəticəsində azərbaycanlılar kütləvi qırğın­lara məruz qoyulmuş və kənddən deportasiya olunmuşdur. 1922-ci ildə cəmi 42 azərbaycanlı kəndə qayıtmış, 1979-cu ildə kənddə 34 azər­baycanlı yaşamışdır. Toponim tüstülü tayfasının adı əsasında yaranmışdır. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Lusakunk" qoyulmuşdur. "Ermə­nistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanu­na əsasən, Geğarkunik vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 93).

Coğrafi koordinatları: 40°10' şm. e., 45°41' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow