Facebook Pixel Code
Bədirli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Bəbirli (Bədirli) - İrəvan quberniyasının Aleksandro- pol qəzasında, keçmiş Ağin (Ani) rayonunda, indi Şirak vilayətində kənd. Ani şəhərindən 36 km məsafədə, dəniz səviyyəsindən 1700 m hündür­lükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftə- rin"də (143, s. 130), Qafqazın 5 verstlik xəritəsində (348, s. 27) qeyd edilmişdir. Ədirnə müqaviləsinə (1829) əsasən, İrəvan xanlığının ərazisində er­mənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişdir. Ermənilər buraya 1915-1920-ci il­lərdə Türkiyənin Muş və Bitlis vilayətlərindən köçürülüb yerləşdirilmişdir (427, s. 629). Topo­nim bəbirli türk tayfa adı əsasında formalaşmış­dır. Erm. SSR AS RH-nin 3 noyabr 1947-ci il ta­rixli qərarı ilə kəndin adı dəyişdirilərək "Bart- sraşen" qoyulmuşdur. "Ermənistan Respublika­sının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s.44).

Coğrafi koordinatları: 40°35' şm. e., 43°44' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow