Facebook Pixel Code
Cəfərabad
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Cəfərabad - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Ar­taşat (Qəmərli) şəhərindən 27 km şimal-qərbdə, dəniz səviyyəsindən 877 m hündürlükdə yerlə­şir. İrəvan şəhəri yaxınlığında yerləşən Cəfəra­bad kəndində Əmir Səəd məqbərəsi yerləşir. 1413-cü ildə inşa edilən məqbərə qırmızı tuf daşdan inşa edilmişdir. Məqbərədə Qaraqoyunlu əmirlərindən Çuxur Səədin ilk hakimi Əmir Səəd dəfn edilmişdir. 1937-ci ildə Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayo­nunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 81). Toponim "Cəfər" şəxs adı ilə fars dilində "müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan yer" mənasında işlənən "abad" sözünün birləş­məsindən (9, s. 25) əmələ gəlmişdir. Antropoto- ponimdir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Arqavand" qoyulmuşdur. "Ermənistan Respublikasının İnzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin in­zibati ərazisinə daxil edilmişdir (416, s. 29). Coğrafi koordinatları: 40°09' şm. e., 44°26' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow