Facebook Pixel Code
Arcut
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Arcut - İrəvan quberniyasının Lori-Pəmbək qəzasında, keçmiş Quqark (Qarakilsə) rayo­nunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 5 km şimal-qərbdə, Böyük Qarakilsə (Kirovakan) şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağı­nın ətəyində, Pəmbək çayının yaxınlığında, də­niz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdir (348, s. 21). Kənddə 1831-ci ildə 137, 1873-cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914-cü ildə 759 nəfər azərbaycanlı yaşa­mışdır (415, s. 50-51, 130-131). Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Er­mənistan ərazisində sovet hakimiyyəti qurulan­dan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bil­mişlər. 1922-ci ildə 697, 1926-cı ildə 823, 1931-ci ildə 886 (415, s. 51, 131), 1939-cu ildə 1052, 1959-cu ildə 1295, 1970-ci ildə 2009, 1979-cu ildə 2172 nəfər (427, s. 484) azərbaycanlı yaşa­mışdır. 1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovul­muşdur. İndi kənddə ermənilər məskunlaşıb. To­ponim "artuç" (ardıc) bitki adı (299, s. 57) əsa­sında yaranmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 37).

Coğrafi koordinatları: 40°51' şm. e., 44°22' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow