Böyük Armudlu - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 11 km cənub-şərqdə, dəniz səviyyəsindən 855 m hündürlükdə yerləşir. Burada 1831-ci ildə 129 (386, s. 579-580), 1922-ci ildə 52 nəfər (415, s. 138-139) azərbaycanlı yaşamışdır. 1930-cu ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən kənddən çıxarılmışdır. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim "armud" sözünə "-lu" şəkilçisinin artırılması ilə əmələ gəlib "armud olan yer" mənasını bildirir. Toponimin əvvəlindəki "böyük" sözü fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Tandzut" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 195-196).
Coğrafi koordinatları: 40°04' şm. e., 44°04' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/