Facebook Pixel Code
Qaracörən
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qaracoran - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Nairi rayonunda, indi Ko­tayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan şəhərindən 30 km cənub-qərbdə, Gəmi çayının yanında, Zəngi çayından axan arxın sağ tərəfin­də, dəniz səviyyəsindən 1630 m hündürlükdə yerləşir. 1972-ci il martın 15-də Nairi rayonu ya­radılanadək Əştərək rayonunun tabeliyində ol­muşdur. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Qaraceyranh", "Qaracaviran", "Qaracaveran", "Qaraceyran" formalarında da əksini tapmış­dır (427, s. 381). "İrəvan əyalətinin icmal dəftə­rində "Qaraca ərən" formasında (143, s. 77), Qafqazın 5 verstlik xəritəsində "Qaracaran" kimi (348, s. 116) qeyd edilmişdir. Kənddə 1878-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışlar. Ermənilər kənddə əvvəlcə 1878-ci ildə, daha sonra 1915- 1921-ci illərdə Türkiyənin Bəyazid, Qars, İqdır bölgələrindən köçürülüb yerləşdirilmişdir (427, s. 381). Kənddə 1831-ci ildə 162, 1873-cü ildə 233 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 22-23, 106-107). Kəndə 1878-ci ildə ermə­nilər köçürüldükdən sonra 1886-cı ildə 275 nəfər azərbaycanlı, 424 erməni, 1897-ci ildə 307 nəfər azərbaycanlı, 563 erməni yaşamışdır (415, s. 22-23, 106-107). Mənbələrdə 1908, 1914, 1916-cı illərdə azərbaycanlıların və ermənilə­rin birgə yaşadıqları göstərilir. Azərbaycanlılar 1918-ci ilin fevral ayında erməni silahlı birləş­mələrinin təcavüzünə məruz qalaraq deporta­siya olunmuşlar (309, s. 219). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar 1922-1925-ci illərdə öz doğma ocaqlarına qayıda bilmişlər. Kənddə 1926-1931-ci illərdə 14 nəfər azərbaycanlı ya­şamışdır (415, s. 23, 107). SSRİ Nazirlər Soveti­nin "Kolxozçuların və digər azərbaycanlı əha­linin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi 1948-1949-cu illərdə zor­la Azərbaycana köçürülmüşdür. Hazırda kənd­də yalnız ermənilər yaşayır. Toponim xəzərlərin "qaraçor" (qaracor) türk etnoniminə (286, s. 46) cəmlik bildirən "an" şəkilçisinin artırılması ilə əmələ gəlib, "qaraçor (qaracor) tayfasının yaşa­dığı yer" mənasını ifadə edir. Erm. SSR AS RH- nin 4 may 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Aragyuğ" qoyulmuşdur. "Ermə­nistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanu­na əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 27).  Coğrafi koordinatları: 40°24' şm. e., 44°32' ş. u.
 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow