Facebook Pixel Code
Xoşkotan
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Xoşkotan - Tiflis quberniyasının Borçalı qə­zasında, keçmiş Barana (Noyemberyan) rayo­nunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 31 km məsafədə, dəniz səviyyəsindən 850 m hündür­lükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırıl- masından sonra əhalisi kəndi tədricən tərk et­mişdir. Toponim qədim türk dilində "düşərgə", "yurd", "icma", "kiçik yurd" mənasında işlənən "koş" (xoş) sözü ilə (359, II (1), s. 636) "heyvanla­rın salındığı yer", "şəhər, qala divarları" (339, s. 295, 296), "tövlə", "yaşayış məntəqəsinin (au­lun) yaxınlığında axşamlar qoyunların salındığı yer" (359, II (1), s. 606-607) mənasında işlənən "kotan" sözünün birləşməsindən əmələ gəlib, "qoyunların saxlandığı yer, yurd yaxınlığında olan kənd" mənasını ifadə edir. "Kotan" sözü türk dillərində "kutan" formasında "xutor, köçəri çobanların dağdakı otlağı" mənasında işlənir (339, s. 323). Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Vos- kevan" qoyulmuşdur. "Ermənistan Respublikası­nın inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vi­layətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 162).

Coğrafi koordinatları: 4Г07' şm. e., 45°03' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow