Facebook Pixel Code
Oğurbəyli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Oğurbəyli - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Ar­taşat (Qəmərli) şəhərindən 2 km şimal-qərbdə, Gərni çayından ayrılan arxın kənarında, dəniz sə­viyyəsindən 835 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Uğurbəyli" (143, s. 49), Qafqazın 5 verstlik xəritəsində "Oğuzbəyli" (348, s. 192) formasında qeyd edilmişdir. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Oğurbəyli" kimi göstərilir (415, s. 130; 427, s. 678-679). Bu­ranın aborigen sakinləri azərbaycanlılar olmuş­dur. Ermənilər kəndə 1829-cu ildə İranın Xoy və Səlmas bölgələrindən köçürülmüşdür (427, s. 679). Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 87, 1873-cü ildə 104, 1886-cı ildə 113, 1897-ci ildə 110 nəfər azərbaycanlı yaşamışdır (415, s. 50-51, 130-131). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermə­nistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qa­yıda bilmişlər. Kənddə 1922-ci ildə 23, 1926-cı ildə 27, 1931-ci ildə 26 nəfər azərbaycanlı ya­şamışdır (415, s. 50-51, 130-131). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deporta­siya edilmişdir. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim oğuz türk tayfasının adını əks etdirən "oğur" və "bəyli" sözlərindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki "oğur" sözü "oğuz" etnonimini əks etdirir. "Oğuz" və "oğur" sözləri eyni mənalıdır. "Oğur (oğuz) bəylərinin yaşadığı yer" mənasını bildirir. Erm. SSR AS RH- nin 20 avqust 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Berkanuş" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanu­na əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 47).

Coğrafi koordinatları: 39°59' şm. e., 44°31' ş. u.

 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow