Facebook Pixel Code
Rəncbər
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Rəncbər - İrəvan quberniyasının İrəvan qə­zasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Ar­taşat (Qəmərli) şəhərindən 20 km şimal-qərbdə, Araz çayının sahilində, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Keçmiş Zəngibasar (Ma­sis) rayonu təşkil edilənə kimi keçmiş Üçkilsə (Va- ğarşabad, Eçmiədzin) rayonunun tabeliyində ol­muşdur. Kəndin digər adı "Şor Kolanı" olmuşdur. Kənd Cəfərxan adlı bəyə mənsub olduğuna görə həm də "Rəşbəri Cəfərxan" (415, s. 82) adlandı­rılmışdır. Rəsmi sənədlərdə kənd "Rəncbər" kimi qeyd edilmişdir (415, s. 82; 419, s. 66). Kənddə 1873-cü ildə 197, 1886-cı ildə 230, 1897-ci ildə 405, 1904-cü ildə 229, 1914-cü ildə 431, 1916-cı ildə 300 nəfər azərbaycanlı yaşamışdır (415, s. 82-83, 152-153). 1918-ci ilin yazında azər­baycanlılar erməni silahlı birləşmələrinin təca­vüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar ata-baba yurd­larına qayıda bilmişlər. Kənddə 1922-ci ildə 136, 1926-cı ildə 204, 1931-ci ildə 389 nəfər (415, s. 82-86, 152-153) yalnız azərbaycanlı yaşamış­dır. 1959-cu ildə 418, 1979-cu ildə 1024 nəfər əhali yaşamışdır (416, s. 172). Kənddə bir neçə müsəlman kürd ailəsi də məskunlaşmışdır. Rənc- bərlilər 1988-ci ilin noyabr-dekabr aylarında Er­mənistan dövləti tərəfindən tarixi-etnik torpaq­larından deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində "şoran, duzlu" mənasında işlənən "şor" ilə "kolani/kolanı" (kolanlı tayfa adının fars dilində yazılış forması) türk etnonimi (212, s. 92; 1, s. 73) əsasında formalaşmışdır. "Ermənistan Respub­likasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ara­rat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 172).

Coğrafi koordinatları: 40°01' şm. e., 44°22' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow