Facebook Pixel Code
Kiçik Şöllü Dəmirçi
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kiçik Şollu Dəmirçi (Kiçik Şorlu Dəmirçi)- İrəvan quberniyası­nın İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Kən­din digər adı rəsmi sənədlərdə "Şorlu Dəmirçi" kimi qeyd edilib (415, s. 50; 419, s. 134). Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 23 km şimal-qərbdə, Zəngi çayının yanında, dəniz sə­viyyəsindən 830 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Dəmirçiliye-Şollu" (143, s. 36), Qafqazın 5 verstlik xəritəsində "Ki­çik Şorlu Dəmirçi" kimi (348, s. 297) qeyd edil­mişdir. Zəngibasar rayonu təşkil edilənədək - 1969-cu ilədək keçmiş Qəmərli (Artaşat) rayo­nunun tərkibində olmuşdur. Kənddə 1831-ci ildə 338, 1873-cü ildə 1400, 1886-cı ildə 1318, 1897-ci ildə 1360, 1904-cü ildə 1432, 1914-cü ildə 2216, 1916-cı ildə 2263 nəfər yalnız azər­baycanlı yaşamışdır (415, s. 50-51, 130-131). 1919-cu ildə azərbaycanlılar erməni silahlı bir­ləşmələrinin təcavüzünə məruz qalaraq depor­tasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qa­lanlar doğma yurdlarına qayıda bilmişlər. Kənd­də 1922-ci ildə 492, 1926-cı ildə 687, 1931-ci ildə 601 (415, s. 50-51, 130-131), 1939-cu ildə 626 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deporta­siya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdilər. Kənddə 1959-cu ildə 654 nəfər, 1970-ci ildə 560 nəfər (416, s. 67) azərbaycanlı yaşamışdır. 1988-ci ilin oktyabr-noyabr aylarında kənd əhalisi Ermə­nistan dövləti tərəfindən tarixi-etnik torpaqların­dan deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Toponim üç komponentdən - fərqləndirici əlamət bildirən "kiçik" sözündən, "şollu" və "dəmirçi" etnonimlərindən ibarət­dir. Toponimdəki "şollu" "-lu" şəkilçisi qəbul et­miş türk mənşəli "çol" (şol - müəL) etnonimini (287, s. 56,112-114), "dəmirçi" isə şahsevən türk tayfasından olan "dəmirçi" etnonimini (245, s. 46; 254, s. 40) əks etdirir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qəra­rı ilə kəndin adı dəyişdirilərək "Dəmirçi", 3 aprel 1991-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Darbink" qoyulmuşdur. "Ermənistan Respubli­kasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ara­rat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 67).

Coğrafi koordinatları: 40°06' şm. e., 44°22' ş. u.

 

 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/Ədəbiyyat:
 

INSTAGRAM
posts
followers
Follow