Facebook Pixel Code
Yengicə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

YENGİCƏ

Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Vedi rayo­nunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 5 km cənub-qərbdə, Vedi çayının qolu olan Böyük çayın üstündə kənd.

1920-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. 1922-ci ildən 1988-ci ilədək azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuşdur. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi qovul­muş, kənd bütünlüklə erməniləşdirilmişdir.

1826-1829-cu illər Rusiya-İran və Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qalan Yengicə kəndində 1832-ci ildə cəmi 4 təsərrüfatda 37 nəfər (18 kişi, 19 qadın) müsəlman əhali qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 18 təsərrüfatda 189 nəfər (104 kişi, 85 qadın), 1886-cı ildə 23 təsərrüfatda 197 nəfər (138 kişi, 59 qadın), 1897-ci ildə 313 nəfər, 1904-cü ildə 470 nəfər, 1914-cü ildə 475 nəfər azərbaycanlı yaşamışdır.

1918-     1920-ci illər erməni-müsəlman davası zamanı ən çox dağıntı­lara məruz qalan kəndlərdən biri də Yengicə kəndi olmuşdur. Doğma yur­dunu müvəqqəti tərk etməyə məcbur olan bütün vedibasarlılar kimi, Yen­gicə kəndinin qaçqın əhalisi də yalnız Sovet hakimiyyəti illərində geri qayıtmaq imkanı qazanmışdır. 1922-ci ildə kəndin qaçqınlıqdan geri qayı­danların sayı 162 nəfər olmuşdur. Lakin elə həmin il dövlət kənddə Türki­yədən gəlmə 187 nəfər erməni də yerləşdirmişdir.

1931-ci ildə isə kənd əhalisinin sayı aşağıdakı nisbətdə idi: 182 nəfər azərbaycanlı, 192 nəfər erməni.

1948-1953-cü illərdə kənd əhalisinin bir hissəsi deportasiyaya mə­ruz qalaraq Azərbaycana köçürülmüş, boşalmış azərbaycanlı evlərinə isə xaricdən gətirilən ermənilər yerləşdirilmişlər.

Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı zamanı kəndin azərbay­canlı əhalisi vəhşicəsinə qovulmuş və kənd bütünlüklə erməniləşdirilmişdir.

1991-ci ildə kəndin Yengicə adı dəyişdirilərək Sisavan qoyulmuşdur.

1919-     cu ildə Yengicə kəndi güclü erməni hücumuna məruz qalmış, elə o vaxtdan da kəndin məscid binası daşnaklar tərəfindən yandırılmışdı. 1988-ci ilə qədər həmin məscid binasının xarabalıqları kəndin içində, Böyük çayın yanı ilə uzanan küçənin qırağında qalmaqda idi.

Yengicənin yuxarısındakı təpəliklərdə ferma tikintisi aparmaq istər- kən geniş ərazidə qədim qəbiristanlaq aşkar edilmişdi. Bu qəbirlərin ölçü­sü (uzunluğu 3 metrə qədər) onların Oğuz qəbirləri olduğunu aşkar sübut edirdi. Adamlar bura Oğuzlar qəbiristanlığı deyirdilər. Lakin ermənilər bu faktı ört-basdır edib, ictimaiyyətdən gizlətdilər.

Y engicə kənd müsəlmanlarının qəbiristanlığı əvvəllər Y engicə və Qa­ralar kəndləri arasındakı Qaralar kənd qəbiristanlığına yapışıq idi. 1950-ci illərdə ermənilər bu qəbiristanlığın yengicəlilərə aid olan hissəsini dövlətin əli ilə ləğv edib, yerində Qaralar kənd kolxozunun alma bağlarını salmağa nail oldular. Yengicə kəndinin yeni qəbiristanlığı kəndin kənarında salındı.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycan

INSTAGRAM
posts
followers
Follow