Qarğavəng (Zoravan)- İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Əştərək rayonunda, indi Kotayk vilayətində, dəniz səviyyəsindən 1583 m hündürlükdə yerləşən kənd. Qafqazın 5 verstlik xəritəsində (348, s. 121) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 182 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 22-23). 1905-1906-cı illərdə erməni silahlı dəstələri kənddə kütləvi qırğınlar törətmişdir. Sonra İran və Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Toponim "qarğa" türk etnoniminə (286, s. 63; 93, s. 43), "məbəd" mənasında işlənən "vəng" sözünün birləşməsindən yaranmışdır. Kəndin adı sonradan dəyişdirilərək "Zoravan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 79).
Coğrafi koordinatları: 40°21' şm. e., 44°31' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/