Doğs - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 21 km məsafədə, Kasax (Qazax) çayının sahilində, dəniz səviyyəsindən 915 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində "Tos" kimi (348, s. 246) qeyd edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra - 1828-1829-cu illərdə kəndə İranın Xoy və Səlmas, 1915-1916-cı illərdə Türkiyənin Ələşkirt, Xnıs (Hnıs), Muş, Van vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir (85, s. 99; 416, s. 69). Kənddə 1831-ci ildə 48 nəfər azərbaycanlı, 63 erməni, 1873-cü ildə 249 nəfər azərbaycanlı, 156 erməni, 1886-cı ildə 330 azərbaycanlı, 171 erməni, 1897-ci ildə 480 nəfər azərbaycanlı, 189 erməni yaşamışdır (415, s. 80-81, 150-151). 1918-ci ilə kimi burada azərbaycanlılar olmuşdur. 1918-ci ildə kənd erməni silahlılarının təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 69).
Coğrafi koordinatları: 40°13' şm. e., 44°16' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/