Facebook Pixel Code
Aşağı Quylasar
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aşağı Qoylasar - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) ra­yonunda, indi Ararat vilayətində kənd. Kəndin başqa adı Sufla Qoylasar olmuşdur (415, s. 48). Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 5 km cənub-qərbdə, Xaraba Kotanlı kəndindən 7 km cənubda, dəniz səviyyəsindən 840 m hün­dürlükdə yerləşir. Burada tarixən yalnız azərbay­canlılar yaşamışdır. 1828-1830-cu illərdə kəndə İrandan ermənilər köçürülmüşdür (386, s. 551- 554). Burada 1831-ci ildə 5, 1873-cü ildə 4, 1897-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). XX əsrin əvvəllərində (1905-1906) azərbaycanlılar öz torpaqlarından qovulmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Toponim Azərbaycan toponimiyasında fərqlən­dirici əlamət bildirən "aşağı" sözü ilə "qala" və "hasar" sözlərinin təhrif edilmiş forması olan "qoylasar" sözündən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 1 dekabr 1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Dimitrov" qoyulmuş­dur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 69).

Coğrafi koordinatları: 40°00' şm. e., 44°29' ş. u

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow