Facebook Pixel Code
Haxıs
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Haxıs - İrəvan quberniyasının Eçmiədzin qə­zasında, keçmiş Əştərək rayonunda, indi Ara­qatsotn vilayətində kənd. Vilayət mərkəzi Aşta- rak (Əştərək) şəhərindən 7 km şimal-qərb­də, dəniz səviyyəsindən 1250 m hündürlükdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə "Əxis" kimi (143, s. 162), Qafqazın 5 verstlik xəritəsində "Axis" formasında (348, s. 23) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 93, 1873-cü ildə 182, 1886-cı ildə 302, 1897-cı ildə 404, 1908-ci ildə 365, 1914-cü ildə 920, 1918-ci ildə 365, 1919-cu ildə 997 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 22-23, 106-107; 309, s. 219; 416, s. 15). 1919-cu ilin sonlarında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olun­muş, kəndə Türkiyədən köçürülüb gətirilən er­mənilər yerləşdirilmişdir. Sağ qalan azərbaycan­lılar indiki Ermənistan ərazisində sovet hakimiy­yəti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına qayıda bilmişdir. Ermə­nilərlə yanaşı, burada 1922-ci ildə 20, 1926-cı ildə 18 nəfər azərbaycanlı yaşamışdır (415, s. 22-23, 106-107). 1928-1929-cu illərdə azər­baycanlılar qədim torpaqlarından tamamilə qo­vulmuşlar. Hazırda orada ermənilər yaşayır. To­ponim "çay ağzı, mənsəbi", "keçid" mənasında işlənən "ağıs", "axız" (aqis, haxis, haxıs) sözü (299, s. 21; 339, s. 38) əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki "h" səsi səsartımı ha­disəsi nəticəsində sözə əlavə edilmiş və topo­nim tələffüz formasına uyğun qeydə alınmışdır. Azərbaycan dilində saitlə başlanan bəzi sözlərə tələffüzdə "h" samitinin artırılması qanunauy­ğun haldır (araba-haraba, açar-haçar, elə-helə). Erm. SSR AS RH-nin 1 dekabr 1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Dzorab", 3 aprel 1991 -ci il tarixli qərarı ilə yenidən dəyiş­dirilərək "Ağtsk" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 15).

Coğrafi koordinatları: 40°18' şm. e., 44°15' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow