Babakişi - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Axta (Hrazdan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan şəhərindən 11 km şimal- qərbdə, Misxana çayının yaxınlığında, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. Ermənilər buraya 1829-cu ildə Türkiyənin Ələşkirt vilayətindən köçürülmüşdür (427, s. 159). Kənddə 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır (415, s. 16-17). 1905-1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş, kəndə tam ermənilər yerləşdirilmişdir. 1926-cı ildə ermənilərlə yanaşı, 3 nəfər azərbaycanlı (415, s. 17) yaşamışdır. 1930-cu ildə kənddə olan 3 nəfər azərbaycanlı da qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Erm. SSR AS RH-nin 15 iyul 1948-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Ağavnadzor" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 13).
Coğrafi koordinatları: 40°35' şm. e., 44°41' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/