Yayıcı - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Sevan rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 48 km şimal-qərbdə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. Kəndin adı "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 115), Qafqazın 5 verstlikxəritəsində (348, s. 305) qeyd edilmişdir. 1829-1830-cu, 1915-1920-ci illərdə İranın Maku vilayətindən ermənilər köçürülərək Yaycı kəndində yerləşdirilmişdir (416, s. 77). Kənddə ermənilərlə yanaşı, 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s. 16-17). XX əsrin əvvəllərində, yəni 1905-1906-cı illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya olunmuşdur. Yaşayış məntəqəsinin adı oğuz tayfalarından olan "yayıcı" etnonimi (321, s. 74; ASE, V c., s. 51) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Dzovaber" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 77).
Coğrafi koordinatları: 40°34' şm. e., 44°47' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/