Güllücə - İrəvan quberniyasının Aleksan- dropol qəzasında, keçmiş Hamamlı (Spitak) ra¬yonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 27 km şimal-qərbdə, Çiçxan çayının yaxınlı¬ğında, Çubuxlu dağının ətəyində, dəniz səviyyə¬sindən 1725 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 71). Kənd 1937-ci ilə, yəni keçmiş Hamamlı rayonu təşkil edilənə kimi keçmiş Quqark (Qarakilsə) ra¬yonunun tərkibində olmuşdur. Ermənilərin böl¬gədə məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən yer-yurdlarını tərk etmişdir. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 2, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşa¬mışdır (415, s. 50-51, 130). XX əsrin əvvəllərin¬dən burada yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində işlənən "güllu" sözünə "-cə" şəkilçisinin artırılması əsasında əmələ gəlib, "güllü, çiçəkli yerdə salınan kənd" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 19 aprel 1950-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Sarahart" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin in¬zibati ərazisinə daxil edilmişdir (416, s. 176).
Coğrafi koordinatları: 40°52' şm. e., 44°12' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/