Facebook Pixel Code
Aşağı Ağcaqala
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aşağı Ağcaqala (Yaşıl) - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Talın (Talin) rayo­nunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 37 km şi­mal-qərbdə, Alagöz dağının cənub-qərb tərə­fində, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Kəndin digər adı Hacıqala olmuşdur (415, s. 34). Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 4). Kənddə 1831-ci ildə 53, 1873-cü ildə 398, 1886-cı ildə 502, 1897-ci ildə 617,1904-cü ildə 315,1914-cü ildə 334,1916-cı ildə 733 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 34-35, 116-117). 1918-ci ildə kənd er­məni təcavüzünə məruz qalaraq köklü sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından qır­ğınlarla deportasiya olunmuş və 1915-1918-ci illərdə Türkiyənin Sasun vilayətinin Arzvik, Qrmav, Qdzak, Kaşkşenk kəndlərindən və Muş vi­layətindən köçürülüb gətirilən ermənilər kənd­də yerləşdirilmişdir (427, s. 545; 416, s. 144). Gö­ründüyü kimi, 1918-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Erməni müəlliflərinin əsərlərində tarixi faktlar saxtalaşdırılaraq kənd­də 1831 -ci ildə və 1897-ci ildə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir (427, s. 545). Toponim Azərbaycan toponimiyasında fərqlən­dirici əlamət bildirən "aşağı" sözü ilə türk di­lində "ağımtıl, quru, bozumtul düzən, çöl" mə­nasında işlənən "ağca" sözünə (93, s. 22-23) "qala" sözünün qoşulmasından əmələ gəlib, "ağımtıl, bozumtul yerdə tikilən qala yanındakı kənd" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 12 sentyabr 1946-cı il tarixli qərarı ilə adı dəyiş­dirilərək Nerkin Bazmaberd qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Araqatsotn vilayətinin inzibati əra­zisinə daxil edilmişdir (416, s. 144).

Coğrafi koordinatları: 40°20' şm. e., 44°03' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow