Evcilər - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan)rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 15 km cənub-şərqdə, dəniz səviyyəsindən 845 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 300) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Ermənilər burada İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir (416, s. 27). Toponim dülqədirli türk tayfasından olan "avcı" (evci - müəll.) etnoniminə (238, s. 185) cəmlik bildirən "-lər" şəkilçisinin artırılması ilə əmələ gəlib, "evcilər tayfasına mənsub kənd" mənasını bildirir. "Evci" "avçı" etnoniminin fonetik variantıdır. Etnotoponimdir. Erm. SSR AS RH-nin 10 aprel 1947-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Arazap" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 27).
Coğrafi koordinatları: 40°02' şm. e., 44°08' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/