Facebook Pixel Code
Zar
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Zar - İrəvan quberniyasının İrəvan qəzasın­da, keçmiş Ellər (Abovyan) rayonunda, indi Ko­tayk vilayəti ərazisində kənd. Vilayət mərkəzi Hrazdan (Axta) şəhərindən 47 km cənubda, də­niz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 81), Qafqazın 5 verstlik xəritəsində (348, s. 96) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 89 nəfər yalnız azərbaycanlı, ermənilərlə yanaşı, 1873-cü ildə 490, 1886-cı ildə 634, 1897-ci ildə 757, 1914-cü ildə 1250 (415, s. 44^15, 124-125), 1918-ci ilin yanvarında 706 nəfər (309, s. 216) azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbay­canlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalaraq deportasiya olunmuşdur (309, s. 216). Türkiyənin Van və Malazgird vilayətlə­rindən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişdir (416, s. 76). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma ocaqları­na dönə bilmişlər. Kənddə ermənilərdən başqa, 1922-ci ildə 52, 1926-cı ildə 51, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdır (415, s. 44-45, 24-25). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürül­məsi haqqında" 23 dekabr 1947-ci il tarixli qə­rarına əsasən, azərbaycanlılar 1948-1949-cu il­lərdə zorla Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim türk dilində "yarğan" mənasında işlənən "car" (zar) sözü (339, s. 178-179) əsasında əmələ gəlmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 76).

Coğrafi koordinatları: 40°15' şm. e., 44°44' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow