Goran - İrəvan quberniyasının Aleksandro- pol qəzasında, keçmiş Hamamlı (Spitak) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 30 km şimal-qərbdə Çiçxan çayının yanında, Çu- buxlu dağının ətəyində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1937-ci ilə kimi keçmiş Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Kəndin digər adı "Gögəran", "Göyərçin" formalarında da göstərilir (415, s. 50). Toponim şahsevən türk tayfasından olan "goran" etno¬nimi (254, s. 41) əsasında əmələ gəlmişdir. Etno- toponimdir. Erm. SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Qoqaran" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin in¬zibati ərazisinə daxil edilmişdir (416, s. 61).
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/