Facebook Pixel Code
Təpəköy
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Təpəköy - Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonradan keçmiş Amasiya rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 37 km şimal-qərb­də, Arpa gölünün şərq tərəfində, dəniz səviyyə­sindən 2027 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 237). Kəndin sakinləri qarapapaqlar kimi qeydə alın­mışdır. Erməni müəlliflərinin əsərlərində kəndin sakinləri azərbaycanlıların etnik qruplarından biri olan qarapapaqlar kimi göstərilir (415, s. 20, 105). Kənddə 1886-cı ildə 199, 1897-ci ildə 303, 1908-ci ildə 296, 1914-cü ildə 357 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 20-21, 104- 105). Kənd 1918-1919-cu illərdə Qarsda quru­lan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tər­kibində olmuşdur. 1920-ci ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi Qars vilayətinin kəndlərinə qaçmışdır. 1921-ci il Qars müqaviləsindən son­ra kəndin əhalisinin bir qismi kəndə qayıtmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra, 1921-ci il Qars müqaviləsinə əsasən, kənd Ağbaba nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. Kənddə İrəvan və Gümrü ətafında ermənilərin törətdik­ləri qırğınlardan canlarını qurtaran azərbaycanlı qaçqın ailələri də məskunlaşmışdır. 1922-ci ildə 71, 1926-cı ildə 138, 1931-ci ildə 174 (415, s. 21, 105), 1970-ci ildə 772,1987-ci ildə 757 nəfər (35, s. 161) azərbaycanlı yaşamışdır. 1988-ci ilin okt­yabr ayında azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda kənddə, əsasən, Gürcüs­tanın Axılkələk və Boqdanovka (Ninosminda) ra­yonlarından köçüb gələn ermənilər məskunlaş­mışlar. Toponim Azərbaycan dilində "kiçik dağ, dağ" mənasında işlənən "təpə" sözü ilə müasir türk dilində "kənd" mənasında işlənən "köy" sözlərinin birləşməsindən əmələ gəlmişdir. "Bö­yük" fərqləndirici əlamət bildirir. Sonralar Böyük Təpəköylə yaxınlığındakı Kiçik Təpəköy kəndləri birləşdirilmiş və Təpəkənd adlandırılmışdır. Er­mənistan SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilib "Berdaşen" qo­yulmuşdur. "Ermənistan Respublikasının inziba­ti-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 46).

Coğrafi koordinatları: 41°03' şm. e., 43°40' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow