Zöhrabli - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 11 km şimal-şərqdə, dəniz səviyyəsindən 905 m hündürlükdə yerləşir. Kəndin digər adı "Zorbalı" olmuşdur (415, s. 48). "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 75) qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-1830-cu illərdə kəndə İrandan köçürülüb gətirilən ermənilər yerləşdirilmiş və azərbaycanlılar deportasiya olunmuşdur. Toponim qaşqay türk tayfasından olan zöhrabli nəsil adı əsasında (142, s. 39) əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 20 avqust 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Mrqanuş" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 140).
Coğrafi koordinatları: 40°01' şm. e., 44°33' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/