Daşqala - İrəvan quberniyasının Aleksan- dropol qəzasında, keçmiş Ağin (Ani) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 32 km məsafədə, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Toponim Azərbaycan dilində "qaya, dağ" mənasında işlənən "daş" sözü ilə (278, s. 59-60; 339, s. 173) "möhkəm müdafiə tikilisi, istehkam" mənasında işlənən "qala" sözünün birləşməsindən əmələ gəlmişdir. Orotopo- nimdir. Erm. SSR AS RH-nin 3 fevral 1947-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Karaberd" qoyulmuşdur. "Ermənistan Respublikasının İnzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci İl tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 206).
Coğrafi koordinatları: 40°54' şm. e., 43°82' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/