Əkərək - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 34 km şimalda, dəniz səviyyəsindən 1370 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdı- rıİmasından sonra əhalisi kəndi tərk etmişdir. Toponim "əkər" türk etnoniminə (359, s. 97) "-ək" şəkilçisinin artırılması ilə düzəlmişdir. Hazırda erməni dilində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Aqarak" kimi yazılır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 6).
Coğrafi koordinatları: 4Г00' şm. e., 44°28' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/