Gödəkli - İrəvan quberniyasının İrəvan qə¬zasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Kəndin digər adı erməni müəlliflərinin əsərlərində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir (415, s. 48). Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 9 km şimal- qərbdə, dəniz səviyyəsindən 845 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 57). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Ermənilər kəndə 1828-1829-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir (416, s. 141). Toponim qazaxlar türk tayfasına mənsub olan "gödəkli" etnonimi (386, s. 535) əsasında formalaşıb. Erm. SSR AS RH-nin 20 avqust 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Mrqavet" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 141).
Coğrafi koordinatları: 39°57' şm. e., 44°32' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/