Facebook Pixel Code
Avdıbəy
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

86.Avdıbəy - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Hamamlı (Spitak) rayo­nunda, indi Lori vilayətində kənd. Vilayət mər­kəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 37 km cənub-qərbdə, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. Burada 1897-ci ildə 7 nə­fər azərbaycanlı yaşamışdır (415, s. 40-41). Er­mənilər kəndə Türkiyənin Muş və Ərzurum vi­layətlərindən köçürülüb yerləşdirilmişdir (416, s. 99). XX əsrin əvvəllərində onlar kənddən de­portasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayır. Toponim Avdıbəy şəxs adından yaran­mışdır. Ermənistan SSR AS RH-nin 4 may 1939-cu il tarixli qərarı ilə adı dəyişdirilib "Tsaxkaşen", 21 oktyabr 1967-ci il tarixli qərarı ilə isə yenidən dəyişdirilərək "Tsaxkaber" qoyulmuşdur. "Ermə­nistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 99).

Coğrafi koordinatları: 40°47' şm. e., 44°06' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow