Şahab (Mayakovski) - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Ellər (Abovyan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan (Axta) şəhərindən 40 km cənub-qərbdə, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 77), Qafqazın 5 verstlik xəritəsində (348, s. 240) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılma- sından sonra əhali tədricən kəndi tərk etmişdir. Toponim "şahablı" nəsil adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 11 aprel 1940-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Mayakovski" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 131-132).
Coğrafi koordinatları: 40°15' şm. e., 44°38' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/