Facebook Pixel Code
Burun
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Burun - Gəncə quberniyasının Zəngəzur qə­zasında, keçmiş Gorus rayonunda, indi Sünik vi­layətində kənd. Vilayət mərkəzi Qapan şəhərin­dən 73 km şimalda, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yara­dılmasından sonra yaşayış məntəqəsi Ermənis­tanın inzibati ərazisinə daxil edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Toponim Azərbaycan dilində "irəliyə çıxan və ya suya doğru uzanan quru" (253, s. 99), "qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi" (9, s. 330), "qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissəsi" (198, s. 151), başqa türk dillə­rində "dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi", "sıra dağlardan ayrılan dağ qolu, dil" mənasında işlənən "burun" sözündən (339, s. 103-104) əmələ gəlmişdir. Ermənistan parla­mentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə adı də­yişdirilərək "Akner" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın­da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsa­sən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 12).

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow