Facebook Pixel Code
Qazançı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Artik rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 15 km cənub-şərqdə, dəniz səviy­yəsindən 1650 m hündürlükdə yerləşir. "İrə­van əyalətinin icmal dəftəri"ndə (143, s. 130), Qafqazın 5 verstlik xəritəsində (348, s. 107) qeyd edilmişdir. Ədirnə müqaviləsinə (1829) əsasən, ermənilərin Türkiyənin Qars və Ərzurum vilayət­lərindən köçürülüb məskunlaşdırılmasından son­ra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər. Toponim qədim türk mənşəli bulqar tayfalarından olan qazan tayfasının adına (273, s. 235; 286, s. 35) "-çı" şəkilçisinin artırılması ilə düzəlmişdir. Erm. SSR AS RH-nin 31 may 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilib "Meğraşen" qo­yulmuşdur. "Ermənistan Respublikasının inziba­ti-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 138).

Coğrafi koordinatları: 40°40' şm. e., 43°56' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow