3Urud - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 45 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m hündürlükdə, Urud çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 252). Erməni müəlliflərinin əsərlərində kəndin digər adının "Söyüdlü" olduğu göstərilir (415, s. 80). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Kənddə ermənilərlə yanaşı, 1897-ci ildə 17, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s. 80-81). XX əsrin 30-cu illərində onlar da deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim türk dilində "çuxur, istehkam, qala təpəsi", "təpə" mənasında işlənən "ur" sözünə (339, s. 415) "-ud" şəkilçisinin artırılması ilə düzəlmişdir. "Ur" sözü türk dilində "or" formasında da işlənir (277, II, s. 119; 365, s. 466-467; 339, s. 415-416). "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 200).
Coğrafi koordinatları: 41°04' şm. e., 44°23' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/