Facebook Pixel Code
Hacıqara
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Hacı Qara (Hacıqara) - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Quqark (Qarakilsə) rayonunda, Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 5 km şimal-qərbdə, Pəmbək çayının sağ sahi­lində, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 91), Qafqazın 5 verstlik xəritəsində (348, s. 54) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbay­canlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. Toponim Azərbaycan dilində nəsil adı bildirən "Hacı" sözü ilə Qara şəxs adının bir­ləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH- nin 1 mart 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Makaraşen", 26 oktyabr 1957-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Lerna- pat" qoyulmuşdur. "Ermənistan Respublikası­nın inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayəti­nin inzibati ərazisinə daxil edilmişdir (416, s. 88).

Coğrafi koordinatları: 40°49' şm. e., 44°23' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow