Güləkərək - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 17 km şimal-qərbdə, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskun- laşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Toponim "gül" sözü ilə "-ək" şəkilçisi qəbul etmiş "əkər" türk etnonimi (359, I (1), s. 97) əsasında əmələ gəlmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 59). Hazırda erməni dilində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Qyulaqarak" kimi yazılır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 59).
Coğrafi koordinatları: 40°57' şm. e., 44°28' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/