Facebook Pixel Code
Təpədibi
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Təpədibi - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vi­layət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 9 km cənubda, Araz çayının yaxınlığında, də­niz səviyyəsindən 860 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində "Təpədib" kimi qeyd edilmişdir (348, s. 237). Ermənilər kəndə 1831-ci ildə Türkiyənin Sürməli və İğdır vilayət­lərindən köçürülmüşdür (416, s. 118). Kənddə ermənilərlə yanaşı, 1897-ci ildə 17 nəfər azər­baycanlı yaşamışdır (415, s. 62-63). XX əsrin əv­vəllərində azərbaycanlılar erməni silahlıları tərə­findən kənddən sıxışdırılıb çıxarılmışlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim Azər­baycan dilində "təpə" sözü ilə "dağın ətəyi" mə­nasında işlənən "dib" sözündən əmələ gəlmiş­dir və "təpə dibində olan kənd" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Haykavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 118).

Coğrafi koordinatları: 40°05' şm. e., 44°03' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow