Əkərək - İrəvan quberniyasının Eçmİədzin qəzasında, keçmiş Əştərək rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 6 km şimal- qərbdə, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə "Əyrək" kimi (143, s. 163), "İrəvan əyalətinin icmal dəftəri"ndə "Əyərək" (143, s. 90), Qafqazın 5 verstlik xəritəsində "Əkərək" (Aqarak) kimi (348, s. 3) qeyd edilmişdir. Adı XVI əsrin əvvəllərindən çəkilir (427, s. 18). Kənddə 1831-ci ildə 318, 1873-cü ildə 388, 1886-cı ildə 536, 1897-ci ildə 603, 1908-ci ildə 629, 1914-cü ildə 720, 1916-cı ildə 653, 1919-cu ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 22-23, 106-107). "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə 603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı və ya erməni olduğu qeyd edilmir (427, s. 18). 1919-cu ilin əvvəllərində kəndin sakinləri ermənilərin tə¬cavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya 1918-1919-cu illərdə Türkiyənin Van, Qars, Bitlis bölgələrindən köçürülmüşdür. Azərbaycanlılar öz kəndlərinə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra qayıda bilmişlər. Burada ermənilərdən başqa, 1922-ci İldə 72, 1926-cı İldə 74, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdır (415, s. 23, 107). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılıb zorla Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayır. XVI (143, s. 163) və XVIII (143, s. 90) əsrlərə aid tarixi mənbələrdə kəndin adının "Əyrək", "Əyərək" formalarında qeyd olunmasına İstinad edib bu qənaətə gələ bilərik ki, toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (X boyda) adı çəkilən Əgrək şəxs adı əsasında əmələ gəlmişdir. Hazırda erməni dilində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Aqarak" kimi yazılır.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/